Fevralın 26-da Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşası nümayiş etdirilib.
Yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə səhnələşdirilib. Tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Qusar Mədəniyyət sarayında təqdim olunan səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.