Fevralın 17-dən 19-dək YARAT Müasir İncəsənət Mərkəzində “Future Shorts” qısametrajlı film festivalının qış mövsümünün filmləri nümayiş olunacaq. Yeni qış mövsümü toplusunun nümayişi yaradıcı qruplar və fərdlər üçün meydan olan YARAT FreeStyle proqramı çərçivəsində keçiriləcək.
Bu festival 90 ölkə və 300 şəhəri əhatə edərək il ərzində dünya üzrə 1400 baxış təklif edir. Yarandığı 12 ildən bəri festival Yaponiyadan Braziliyaya qədər kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival peşəkar və debütantların beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməsinə şərait yaradır.
“Future Shorts” festivalının qış mövsümü toplusu 7 filmdən ibarətdir.