Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) aparıcı elmi işçisi, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü Rüfət Ramazanovun “Moizə” əsəri Gürcüstanda ifa edilib.

BMA-dan bildirilib ki, əsər Tbilisi şəhərində “Georgian Cellos” (“Gürcüstan violonçelləri”) ansamblı tərəfindən səsləndirilib.

Qeyd edək ki, bəstəkar “sonorika” texnikası əsasında musiqi əsərini “Georgian Cellos” ansamblının təklifi ilə yazıb.