Aprelin 24-dən iyunun 26-dək Portuqaliyanın “CAE” mərkəzində “Sürrealizm Now” qrupunun 10 illik yubileyi ilə əlaqədar beynəlxalq sərgi açılacaq. Sərgidə ölkəmizi Əməkdar rəssam Mehriban Əfəndi təmsil edəcək.

Rəssam artıq 10 ildir “Sürrealizm Now” qrupunun daimi üzvüdür. Bu il “Sürrealizm Now” qrupunun yubileyi ilə əlaqədar açılacaq sərgidə heykəltəraşlıq, fotodizayn, qrafika və rəngkarlıq nümunələri nümayiş etdiriləcək. Sərgiyə əllidən çox ölkədən 125 rəssam qatılacaq.

Qeyd edək ki, “Sürrealizm Now” qrupunun rəhbəri Portuqaliya rəssamı Santiaqo Ribeyrodur. XXI əsrin sürrealizm cərəyanını hərəkət etdirən bu qurum Avropanın “Bissayya Barretto” Fondu tərəfdən maliyyələşir və 2010-cu ildə ilk böyük sərgisini Koimbra şəhərində keçirib. Həmin sərgiyə xüsusi dəvət alan Mehriban Əfəndi “Muğam” adlı əsərini nümayiş etdirib.