Martın 14-dən 19-dək Moskvada, Rusiya Teatr Sənəti İnstitutunda (QİTİS) MDB ölkələrinin “QİTİS – Master Klass 2020” teatr festivalının keçirilməsi nəzərdə tutulub. Üçüncü dəfə təşkil olunan festivalda MDB ölkələrinin teatr məktəbləri iştirak edir.

Festivalda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin iştirakı planlaşdırılmışdı. Universitetin tələbələri festivalda Sofoklun “Çar Edip” tamaşasını oynayacaqdılar. Lakin koronavirus təhlükəsinə görə tələbələr MDB ölkələri teatr festivalında iştirak edə bilməyəcəklər.

Festival Rusiyanın Teatr Sənəti İnstitutu və MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.