Sumqayıt Dövlət Dram Teatrında böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı tamaşa hazırlanıb.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, Prezident İlham Əliyevin ötən il Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq, ölkəmizin digər teatrları kimi, Sumqayıt teatrı da bir daha görkəmli ədibin yaradıcılığına müraciət edib.
Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povesti əsasında səhnələşdirilən ikihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynlidir.
Əməkdar artistlər İlahə Səfərova və Mövsüm Hüseynovun baş rollarda çıxış etdiyi tamaşada teatrın istedadlı aktyorları yer alıb.
Əsərdə XIX əsrin sonlarında Azərbaycan kəndində feodal-patriarxal mühit, özbaşınalıq və xurafatdan bəhs olunur.