Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı, dosent Elza Səmədova İstanbulda Maltəpə Bələdiyyəsinin dəvəti ilə “Dünyada və Türkiyədə qadın” beynəlxalq forumunda iştirak edib.
Universitetdən bildirilib ki, dosent Elza Səmədova forumda “Rus-müsəlman qız məktəbinin Azərbaycanda qadın təhsilinə töhfəsi” mövzusunda məruzə ilə çıxış edib.