Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tanınmış şair, tərcüməçi İlyas Tapdığın (1934-2016) 90 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Tədbirdə şairin həyat və yaradıcılığından söz açılıb, onun Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışılıb. Bildirilib ki, İlyas Tapdıq ədəbi yaradıcılığa tələbə ikən “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə başlayıb. “Kəndimizin çobanı” adlı ilk şeir kitabı 1955-ci ildə nəşr olunub. İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən idi.
Tədbirin bədii hissəsində şairin həyatını əks etdirən videoçarx nümayiş olunub, şeirləri səsləndirilib.
Sonda “Rəngarəng dünyamız” layihəsi çərçivəsində hazırlanmış oyun guşəsinə baxış keçirilib.