ABŞ-da keçirilən “Mindfield Film Festivalı – Albuquerque”da beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyətinin qərarı ilə rejissor Şamil Əliyevin “Çölçü” filmi iki kateqoriyada “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

2012-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Çölçü” filmi 60-dan çox festivala qatılıb və 30-dan artıq mükafata layiq görülüb.