Azərbaycan Milli İncəsənət Muzeyinin COVİD-19 koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə fəaliyyətini dayandırmasına baxmayaraq, onun zəngin kolleksiyasının əsas eksponatları ilə müasir və istifadədə rahat olan mobil tətbiqi yükləməklə tanış olmaq mümkündür.
Muzeydən bildirilib ki, mobil tətbiqetmə həm böyüklər, həm də uşaqlar üçün mövcuddur və 5 dildə - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində təqdim olunur.