Niderlandın Maastrixt şəhərində martın 13-də başlanan TEFAF incəsənət və əntiq əşyalar sərgisində məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) “Kəndli evi ilə peyzaj” tablosu 15 milyon avroya satılıb.

1885-ci ildə çəkilən tablo ilk dəfə kənd yarmarkasında cəmi 4 funta satılıb. 1970-ci ildən sonra əsər dörd dəfə “Sotbi`s” hərracına çıxarılıb. 2001-ci ildə təşkil edilən axırıncı hərracda 1,7 milyon dollara ABŞ vətəndaşı tərəfindən əldə edilmişdi.

“Kəndli evi ilə peyzaj” tablosu TEFAF sərgisində Londonun Dickinson qalereyası tərəfindən satışa çıxarılıb.

İLONA