Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışına bir sıra yaradıcı insanlar qoşulub.

Layihə çərçivəsində aprelin 3-ü saat 17.00-da Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru Fidan Hacıyeva evindən tamaşaçılarımızla görüşərək ünsiyyət quracaq.

Virtual ünsiyyəti Baş İdarənin @bakimedeniyyetidaresi və Xalq artisti Fidan Hacıyevanın @fidan.haciyeva.official "Instagram" hesabları vasitəsilə canlı izləmək mümkündür.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə keçirilən #senetinledestekle #evdeqal çağırışına qoşulan tanınmış aktyor, rejissor Bəhram Bağırzadə də aprelin 3-də evdən sizinlə görüşə gələcək.

İdarədən  bildirilib ki, Bəhram Bağırzadə Azərbaycan milli cazının yaradıcısı Vaqif Mustafazadənin 80 illik yubileyi münasibətilə edəcəyi təqdimatında müsabiqə keçirəcək, qalib gələn şəxsə isə mobil telefon hədiyyə ediləcək. Canlı yayımda sualları @bakimedeniyyetidaresi "Instagram" hesabına göndərə bilərsiniz.