Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin müəllimlərinin təşəbbüsü ilə 26-29 mart tarixlərində balaça rəssamların “Koronavirusla mübarizə aparaq!” adlı onlayn sərgisi reallaşdırılıb.
27 şagirdin 30-dan əl işinin nümayiş etdirildiyi sərginin nəticələri açıqlanıb. Rəsmlər məktəbin rəsm şöbəsinin müəllimləri Nigar Şıxəliyeva və Əli Ağadadaşov tərəfindən qiymətləndirilib. İnci Əlizadə I yer, Rəhimə Əhmədova II yer, Xədicə Məmmədova III yerə layiq görülərək sərginin qalibi olublar.
Bununla yanaşı, Facebook, İnstaqram sosial şəbəkəsində paylaşılan əl işlərindən ən çox bəyənilən üç rəsm əsəri “Tamaşaçı rəğbəti” nominasiyasına layiq görülüb. Münsiflər heyəti digər əl işlərinin müəlliflərini də “Kreativ düşüncə”yə və “Fəal iştiraka görə” qiymətləndiriblər.