Təhsil Nazirliynin 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən “Biz birlikdə güclüyük!” mövzusunda onlayn respublika rəsm müsabiqəsi elan edilib.
Müsabiqənin aprelin 5-dən 30-dək Bakı şəhəri və digər şəhər və rayonlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilməsi nəzərdə tutulur.
Müsabiqənin təşkilində əsas məqsəd məktəblilərin ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimində uşaqların ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, onlara yaradıcılıqlarını inkişaf etdirməyə kömək göstərməkdir.
Üç mərhələdən ibarət müsabiqə üç yaş qrupu üzrə (5-7, 8-10 və 11-14 yaş) təşkil olunur. Hər iştirakçı müsabiqəyə yalnız rəsm işi ilə qatıla bilər. Rəsmlər +994 50 277 35 55 mobil nömrəsində qeydə alınmış “WhatsApp” sosial şəbəkəsi vasitəsilə (şəkil formatında) və ugim-1@mk.edu.az elektron ünvanına aprelin 26-dək göndərilə bilər.