Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə “İnstagram” sosial şəbəkəsi üzərindən reallaşan “Sənətinlə dəstəklə” layihəsi maraqlı təqdimatlarla davam edir.

Aprelin 10-u saat 17:00-da “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov evindən izləyicilərlə görüşə gələcək.

Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle challenge-Inə qoşulan musiqiçi tamaşaçılara zərb alətlərimizdən danışacaq, ritmik muğamları ifa edəcək.

Musiqili görüşü @bakimedeniyyetidaresi və Xalq artisti Natiq Şirinovun - @natiqritm “İnstagram” hesablarından canlı izləmək olar.