Koronavirus pandemiyası dövründə incəsənət sahəsində də çalışanlara dəstək əhəmiyyət kəsb edir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də bu sahədə görülən işlərdə yaxından iştirak edir. İdarənin təşəbbüsü ilə yeni incəsənət-xeyriyyə aksiyasının həyata keçirilməsi planlaşdırılır.

Aksiya çərçivəsində idarə öz hesabına bir neçə gənc istedadlı rəssama - Bəhruz Kəngərli, Səyalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevaya koronavirusla mübarizəyə həsr edilmiş rəsmlərin çəkilməsini sifariş edib. Rəsmlər daha sonra idarə tərəfindən xüsusi təşkil edilmiş auksiona çıxarılacaq. Auksion onlayn qaydada əvvəlcədən idarə tərəfindən əlavə elan ediləcək vaxtda qapalı şəkildə keçiriləcək.

Rəsmlərin satışından əldə olunacaq məbləğ isə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.