Respublika rəsm müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə “Minnətdarıq” adlı Respublika rəsm müsabiqəsi elan olunur.

Müsabiqədə iştirak etmək üçün uşaqlar,  yeniyetmələr və 30 yaşa qədər gənc rəssamların Xətai Sənət Mərkəzinin www.xsm.az saytında tədbirlər bölümünə (“Minnətdarıq” baneri) və ya (http://xsm.az/site/minnetdariq) linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurması tələb olunur.

Qeydiyyat 2020-ci il may ayının 15-dək aparılacaq.

Seçim 3 yaş kateqoriyası üzrə keçiriləcək və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 5-12 yaş, 12-17 yaş və 17-30 yaş.

Ən çox duyğu və düşüncələr  ilə işlənmiş əsərlər seçiləcək.

Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Təşkilatçılar öncə sərgilənməmiş – yeni əsərlərin yaradılmasını tövsiyə edir.

Müsabiqədə Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

May ayının 20-dən sonra əsərləri sərgidə nümayiş olunmaq üçün seçilmiş müəlliflərin siyahısını və  tədbirin davamı haqda əlavə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az saytından, “Facebook” və “İnstagram” səhifələrindən, həmçinin Xətai Sənət Mərkəzinin www.xsm.az saytının elanlar bölümündən, “Facebook” və “İnstagram” səhifələrindən əldə edə bilərsiniz.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə qaliblər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq.

Mükafatlandırma fondu:

17-30 yaş üzrə

I yer (1 nəfər) – 1500 manat

II yer  (1 nəfər) –1000 manat

III yer (1 nəfər) – 500 manat

Həvəsləndirici mükafat (5 nəfər) - 300 manat

 

12-17 yaş üzrə

I yer (1 nəfər) – molbert

II yer  (1 nəfər) – 24-lü akril dəsti

III yer (1 nəfər) –  24-lü sulu  boya dəsti+masaüstü molbert

Həvəsləndirici mükafat (10 nəfər) – 12-li quaş dəsti

 

5-12 yaş üzrə

I yer (1 nəfər) – planşetli molbert

II yer (1 nəfər) – 24-lü  sulu boya  dəsti

III yer (1 nəfər) – 24-lü quaş dəsti

Həvəsləndirici mükafat (10 nəfər) – 12-li akril dəsti

 

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Qeyd: Müsabiqə və sərginin gündəliyi “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri yuxarıda göstərilən tarixədək aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn şəkildə internet üzərindən həyata keçiriləcəkdir.