Rusiyanın “Muz-TV” kanalı aprelin 11-də “Ulduzlar koronavirusa qarşı. Musiqi birləşdirir!” adlı telemarafon keçirəcək.

Telemarafona Azərbaycan, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, Danimarka, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Belarus, Ukrayna və Latviyadan da musiqiçilər qoşulacaq. Müğənnilər koronavirusla mübarizə çərçivəsində öz evlərindən çıxış edəcəklər.

Marafona qatılacaq tanınmış media nümayəndələri, aktyorlar, həkimlər, idmançılar özünütəcrid şəraitində həyat tərzləri ilə bölüşəcəklər.