Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Bakı Media Mərkəzi ilə birgə sosial film layihələri həyata keçirəcək. Birgə film çəkilişini nəzərdə tutan müqavilə Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən təsdiq olunub.
Müqaviləyə əsasən, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi dövründə görülən tədbirlərə həsr olunmuş bir neçə sosial sənədli filmin istehsalı planlaşdırılır.