Milli Məclisin Mədəniyyət komitəsinin iclasında yeni hazırlanan “Kinematoqrafiya haqqında” qanun layihəsinə dair müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, bu sahədə mövcud qanun 1998-ci ildə qəbul olunub və günün tələblərinə artıq cavab vermir. Diqqətə çatdırılıb ki, layihə rəy üçün ekspertizaya göndərilib və sənədlə bağlı iş tamamlandıqdan sonra geniş müzakirəyə çıxarılacaq.
İclasda “Kitabxana işi haqqında” qanunun müasir tələblər baxımından yenilənməsi ilə də bağlı fikir mübadiləsi aparılıb. Çıxış edənlər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini vacib sayıblar.