Beynəlxalq Türk Akademiyası onlayn kitabxana (http://twesco.org/kitap) yaradıb. Kitabxanada Azərbaycan, qazax, türk, ingilis, qırğız və monqol dillərində ədəbiyyat – 100-dən çox elektron kitab yerləşdirilib.

Saytda türk dünyasının tarixi, yazılı abidələri üzrə tədqiqatlar haqqında nəşrlər də tapmaq mümkündür. Oxucular onlayn kitabxanada türkdilli xalqların adət-ənənələri, etnoqrafiyası və folkloru ilə tanış ola biləcəklər.