Azərbaycan
23 aprel 1909 – Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhməd bəy oğlu Ağayev; 1909 – 6.8.1982) Bakıda doğulub. Atası Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olub, Cümhuriyyətin süqutundan sonra ailəsi Türkiyəyə mühacirət edib. Səməd Ağaoğlu Türkiyə Böyük Millət Məclisinin üzvü, Baş nazirin müavini, nazir olub.
24 aprel 1866 – Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
24 aprel 1902 – SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 – 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
24 aprel 1941 – Əməkdar artist Rafiq Mirzəcan oğlu Hüseynov (1941-2018) Hacıqabul rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.
24 aprel 2011 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 – 2011) vəfat edib. Bakıda doğulub. Cənubi Azərbaycanda milli azadlıq hərəkatında iştirak edib. Təbrizdə ilk şeir kitabı nəşr olunub. 1946-cı ildə sovet Azərbaycanına qayıdıb.
25 aprel 1905 – Ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 – 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Rus ədəbiyyatından tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.
25 aprel 1911 – Əməkdar artist, müğənni Elmira Ağa qızı Axundova (1911 – 26.11.1998) Bakıda anadan olub. Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb.
25 aprel 1914 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (1914 – 25.11.1994) Şəkidə doğulub. 1935-ci ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor (1950-52) işləyib, tamaşalara quruluş verib. “Dəli Kür”, “Gözlə məni”, “Qəm pəncərəsi” və s. filmlərdə çəkilib.
Dünya
23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında Vilyam Şekspir və Migel de Servantesin xatirəsinə (23 apreldə vəfat ediblər) ehtiram olaraq təsis edilib.
23 aprel 1616 – İngilis şairi və dramaturqu Vilyam Şekspir (William Shakespeare; 26.4.1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.
23 aprel 1616 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra; 29.9.1547 - 1616) vəfat edib. Əsərləri: “Don Kixot”, “Persiles və Sigizmunda” (roman), “Parnasa səyahət” (poema).
23 aprel 1891 – Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh”, “Əsl insan haqqında povest” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.
23 aprel 1902 – İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldór Kiljan Laxness; 1902-1998) аnаdаn оlub. Əsərləri: “İsland zınqırovu”, “Qaytarılmış cənnət”.
24 aprel 1845 – İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub. Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”.
24 aprel 1905 – Amerika yazıçısı və şairi Robert Penn Vorren (Robert Penn Warren; 1905-1989) anadan olub. “Kralın bütün dəstəsi” romanı ilə şöhrət qazanıb.
25 aprel 1907 – Rus bəstəkarı, SSRİ Xalq artisti Vasili Pavloviç Solovyov-Sedoy (1907-1979) anadan olub. Sovet dövrünün populyar mahnılarının, filmlərə musiqilərin müəllifidir.
25 aprel 1928 – SSRİ Xalq artisti Yuri Vasilyeviç Yakovlev (1928 – 30.11.2013) anadan olub. Filmləri: “İdiot”, “Qusar balladası”, “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.
Hazırladı: Vüqar ORXAN