“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərə öz dəstəyini davam etdirir. İctimai birlik “Evdə qal, cəmiyyəti qoru” kampaniyası çərçivəsində xeyriyyə aksiyaları keçirir.
İctimai birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun təşəbbüsü ilə Bakı şəhərində və ətraf rayonlarda sosial qayğıya ehtiyacı olan vətəndaşlara yardımlar edilib, eyni zamanda təşkilatın fəalları tərəfindən insanlara zəruri maarifləndirici məlumatlar çatdırılıb. Növbəti aksiya çərçivəsində 60-dan çox sosial qayğıya ehtiyacı olan aztəminatlı, şəhid ailəsi və Qarabağ müharibəsi veteranlarının ailələrinə ərzaq yardımı göstərilib.
İctimai birliyin xeyirxahlıq missiyasına uyğun olaraq bütövlükdə sosial müdafiəyə və qayğıya ehtiyacı olan 800-dən çox ailəyə yardım edilib. Görüşlərdə iştirak edən sakinlər xüsusi vurğulayıblar ki, bu çətin və məsuliyyətli günlərdə dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar və bütün bunlara görə ölkə rəhbərliyinə minnətdardırlar.