Respublika Uşaq Kitabxanası 18 apreldə keçirilən “Evdə qal, intellektdən qalma” ailəvi onlayn viktorinanın qaliblərini açıqlayıb.

“Birlikdə düşünək, birlikdə tapaq” devizli onlayn viktorinada kitabxananın clb.az saytında yerləşdirilən sualları valideynləri övladları ilə birgə cavablandırır.

Viktorinada 50 sualdan 41-nə ən qısa müddətdə cavab verən Məmmədovlar ailəsi qalib olub. Respublika Uşaq Kitabxanası tərəfindən qalib ailəyə mükafat olaraq 4 kitab göndərilib.