Vyana Dövlət Operası koronavirus pandemiyası səbəbindən iyunun 30-na qədər bütün tədbirləri və tamaşaları ləğv edib. Tədbirlər əvvəlcə aprelin sonunadək ləğv olunmuşdu.

Bununla yanaşı, 2020/2021 mövsümü üzərində işlər dayandırılmayıb. Yeni proqramın təqdimatı onlayn rejimdə reallaşacaq.

Qeyd edək ki, əsası 1869-cu ildə qoyulan Vyana Dövlət Operası dünyanın ən mühüm opera mərkəzlərindən biridir.