Türkiyə və Azərbaycan mütəxəssislərinin iştirakı ilə müzakirə edilib
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Koronavirusun mədəniyyət və incəsənətə təsiri, postpandemiya dövründə çağdaş incəsənət perspektivləri” mövzusunda videokonfrans keçirilib.
Türkiyə və Azərbaycanın tanınmış incəsənət mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda hazırkı pandemiya dövründə və gələcəkdə incəsənətin durumu, perspektivləri müzakirə edilib.
Videokonfransda Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, İstanbul Yedditəpə Universitetinin professoru Teymur Rzayev, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, kolleksiyaçı Rafael Gülməmmədli, Konya Selçuk Universitetinin professoru Orxan Cebrailoğlu, İstanbul Beykent Universitetinin müəllimi Sema Özevin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan rəssam Vüqar Əli, Elazığ Fırat Universitetinin müəllimi Tahir Çelikbağ, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kuratoru, pedaqoq Mehparə Abbasova, kolleksiyaçı Siyavuş Əlizadə, Ankaradan azərbaycanlı rəssam Həmid Alioğlu və Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallı iştirak edib.