Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Mont. Blanc İnternational Movie Fest 2020” (Fransa, Paris) onlayn festivalında bir neçə kateqoriya üzrə mükafatlara layiq görülüb. “Çölçü” dörd kateqoriya – “Ən yaxşı bədii film”, “Rejissor nailiyyətinə görə mükafat”, “Ən yaxşı operator” və “Ən yaxşı montaj” işi üzrə qalib elan olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunan film indiyədək müxtəlif festivallarda 40-dan artıq mükafata layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.