Portuqaliya Mədəniyyət Nazirliyi COVİD-19 pandemiyası şəraitində nəşriyyat sektorunun dəstəklənməsi üçün kitabların satın alınmasına 600 min avro ayıracaq.

Nazirlik həmçinin may ayında yazarlara ümumi məbləği 180 min avro olan təqaüdlər təyin etməyi də planlaşdırır.

Kitab mağazaları şəbəkəsi karantin şəraitinə davam gətirə bilməyən ən zəif sahə olub. Nəticədə bütün ölkəboyu kitab mağazaları bağlanıb və bu da nəşriyyat sektorunu iflic vəziyyətinə salıb.

Portuqaliya Mədəniyyət Nazirliyi sektora dəstək tədbirlərini aprelin 23-də – Dünya Kitab və Müəllif Günündə elan edib.