Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin fleyta ixtisası üzrə müəllimi Nərgiz Əliyeva canlı efir vasitəsilə fleyta aləti haqqında dinləyicilərə geniş məlumat verib.

Canlı yayım zamanı Nərgiz Əliyeva fleytada Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyasını, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Kandenin arzuları”nı, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Lay-lay”ı, Xəyyam Mirzəzadənin “Ay söyüd” mahnısını, Əkbər İskəndərovun “İmprovizasiya” əsərini səsləndirib.