Tacikistan parlamentinin aşağı palatası vətəndaşlara soyadlarının qeydiyyatı zamanı çar Rusiyası-sovet dövründən qalma soyadı sonluqlarından istifadəni qadağan edən qanunu qəbul edib.

“Qanun qüvvəyə mindikdən sonra -ov, -ova, -yev, -yeva, -ovna, -yevna, -oviç, -yeviç soyad sonluqları tam qadağan ediləcək”, - deyə Tacikistanın Ədliyyə naziri Müzəffər Aşuriyon bildirib.

Nazirliyin məlumatına görə, qadağa sənədlərini bundan əvvəl almış vətəndaşlara şamil edilməyəcək. Bundan sonra sənəd almaq istəyənlərə soyadlarında -pur, -duht, -zod, -zoda, -on, -yon, -iyon, -yor, -niyor və -far sonluqlarından istifadə etmək tövsiyə olunur.

Yenilik Tacikistanda yaşayan milli azlıqların nümayəndələrinə aid edilmir.