Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti” mövzusunda onlayn vebinar keçirilib.
Vebinarda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri və mütəxəssisləri iştirak ediblər.
Vebinara moderatorluq edən UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Sosial təcrid şəraitində UNEC-in onlayn informasiya-resurs təminatı: mövcud vəziyyət, imkanlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
Sonra digər universitetlərin kitabxana rəhbərlərinin məruzələri dinlənilib. Sosial təcrid şəraitində universitet kitabxanaları arasında e-resurs mübadiləsinin təşkili məqsədilə elektron kitabxanalararası abonement xidmətinin aktuallığı qeyd olunub, ortaq elektron resurslar yaradılması ilə bağlı təkliflər səsləndirilib.