Bütün dünyada milyardlarla insanın özünütəcridin unikal təcrübəsini yaşadığı günlərdə yaradıcı insanlar da təxəyyülünü işə salaraq bu vəziyyətə müxtəlif, bəzən çox qəribə, fərqli tərzdə öz münasibətlərini bildirməyə çalışırlar.
Bu günlər sosial şəbəkələrdə koronavirus və özünütəcridin meydana gətirdiyi yeni musiqiləri, komisklər, qrafika, hətta filmlər yayılır. Karantinə riayət etməyin özü də bir incəsənətdir. Dünya təsviri sənətinin şedevrlərinə “yeni gözlə baxan” rəssamlar klassikanı pandemiya şəraitində belə görürlər.
Leonardo da Vinçi, “Mona Liza” – (“Karantin yoxlamasında”)
Frederik Leyton, “Orfey və Evridika” – (“Məsafəni gözlə”)
Rafael, “Gənc adamın portreti” – (“Əllərini yu”)