Lənkəran Dövlət Dram Teatrı müsabiqə yolu ilə rejissorları əməkdaşlığa dəvət edir.

Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd koronavirus pandemiyası bitdikdən sonra sənətsevərlərin əhval-ruhiyyəsinə müsbət təsir edən, müasir dövrün tələblərinə cavab verən komediya janrında əsəri tamaşaya hazırlamaqdır.

Müsabiqədə əsasən gənc rejissorların iştirakı nəzərdə tutulub. Təqdim olunan əsərlərin eksplikasiyası daha çox maraq kəsb edən rejissora üstünlük veriləcək.

T.Heydərov bildirib ki, dramaturji material və eksplikasiya 1 avqust 2020-ci ilə kimi təqdim olunmalıdır. Tamaşanın ilin sonunadək hazırlanması nəzərdə tutulub.

Əlavə məlumat üçün qala-teatr@mail.ru elektron ünvanına, eləcə də (025)255-49-73 və (050) 377-19-24 (mobil) telefon nömrələrinə müraciət etmək olar.