Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Mədəniyyət” kanalında Xalq artisti, tanınmış pianoçu Murad Hüseynovun konserti nümayiş olunub.

Fransanın Paris şəhərində Madeleine kilsəsində lentə alınan konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən konsert ümummilli liderin 90 illiyi münasibətilə 2013-cü ildə keçirilib. Proqramda F.Şopen, R.Şuman, F.Listin əsərləri ifa olunub. Tədbirdə Fransa rəsmiləri, diplomatik korpusun və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, Parisdə səfərdə olan tanınmış siyasi xadimlər və diaspor təşkilatlarının rəhbərləri iştirak etmişdilər.