Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” bədii filmi 18-25 avqust tarixində Moskvada keçiriləcək “Esperanza” beynəlxalq film festivalının əsas müsabiqə proqramında nümayiş etdiriləcək.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin süjet xətti sovet dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn müəmmalı hadisədən bəhs edir.
Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və digərləri canlandırıblar.