Türkiyədə hər il böyük coşqu və təntənə ilə qeyd edilən 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə bu ilə nəzərdə tutulan bütün tədbirlər pandemiya səbəbindən təxirə salınıb. Lakin “Türk Hava Yolları” bu tarixi günü simvolik uçuşla qeyd edib.
Xatırladaq ki, 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürkün öndərliyi ilə Samsun şəhərindən Türkiyənin istiqlal və qurtuluş mücadiləsi başlamışdı.
Milli mübarizənin başlanmasının 101-ci ildönümündə, 2020-ci il mayın 19-da İstanbuldan Samsuna “TK1919” adlı simvolik uçuş yerinə yetirilib. Bu aviareys üçün xüsusi xatirə biletlər də hazırlanıb. 2,5 milyondan çox insan bu xatirə biletlərini əldə edib.