Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, həmyerlimiz Cəmilə Cavadova-Spitsberq bir sıra ölkələrdən olan orqan ifaçıları və dostları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə himnimizi ifa ediblər.

Qeyd edək ki, himnimizin musiqisi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Tahirə Yaqubova tərəfindən orqan aləti üçün işlənilib.

Videoçarxa keçid: https://fb.com/mct.gov.az/videos/248904989724881/?v=248904989724881