Alimlər Yer kürəsinin cənub qütbü – Antarktikada yeni ekosistem yarandığını elan ediblər. Əriyən buz və qarın səthində orqanizmlərin digər növləri üçün potensial qida mənbəyi olan yosunlar əmələ gəlib.

Tədqiqat aparan Britaniya ekspedisiyası hesab edir ki, bu “göyərmə” öz çeşidlərini genişləndirəcək. Bunun səbəbi qlobal istiləşmənin onların inkişafı üçün lazım olan şəraiti yaratmasıdır. Həyatın birhüceyrəli formaları bəzi bölgələrdə bir-birinə olduqca sıx yerləşib. Onlar ağ qarı hətta kosmosdan görülə bilən açıq-yaşıla çevirib.

“Bu, potensial olaraq yeni yaşayış yerlərinin yaranmasına və ekosistemin başlanğıcına gətirib çıxara bilər”, – tədqiqata rəhbərlik edən Mett Deyvi deyib.

Tədqiqatda 1,9 kvadrat kilometr sahəni əhatə edən qar yosunlarının 1 679 fərqli növü təsvir olunub.

CAVİD