İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən “Qarabağ” rəqs qrupu bu ölkədəki İslam təşkilatı – “İbn Rushid Studieförbund” tərəfindən təşkil olunan “Digital Ramazan 2020 Stockholm” tədbirində iştirak edərək milli rəqslərimizi ifa edib.
Müxtəlif ölkələrin mədəniyyətinin nümayiş edildiyi beynəlxalq tədbirdə İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən rəqs qrupu “Yallı”, “Almalı” və “Bayram” rəqsləri ilə nümunəvi çıxış edib.
İsveçdə yaşayan azərbaycanlı uşaqlardan ibarət rəqs qrupunun çıxışları maraqla qarşılanıb. Tədbir İsveçin SVT 1 kanalında işıqlandırılıb.