Bu il 29 iyul – 2 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “JARA” Beynəlxalq musiqi festivalı təxirə salınıb. Bu barədə festivalın təşkilatçısı Emin Ağalarov məlumat verib.
“Əziz dostlar, çox təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından biz Bakıdakı “JARA” musiqi festivalını 2021-ci il 28 iyul – 1 avqust tarixlərinə keçirməyə məcburuq”, – deyə o, “İnstagram” hesabında yazıb.
Qeyd edək ki, “JARA” festivalı Bakıda 2016-cı ildən təşkil olunur. Bu il festival 5-ci dəfə keçirilməli idi.