Füzuli Dövlət Dram Teatrında pandemiya və karantin rejimi ilə bağlı üç aya yaxın fasilə verilən yaradıcılıq işi bərpa olunub. 1 iyun tarixindən etibarən sosial məsafənin gözlənilməsi ilə teatrda məşqlər başlanıb.
Hazırda teatrda Ağalar Mehdiyevin “Oyun” tamaşasının məşqləri keçirilir. Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Rollarda İntizar Quliyeva, Sehran Xanlarov, Aygün Cəfərova, Ayşən Gülmalıyeva, Emin Abışov, Nicat Süleymanzadə və başqaları çıxış edir.
Qeyd edək ki, teatr koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında özünün “Facebook” səhifəsində virtual tamaşalar da nümayiş etdirir.