İranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər haqqında çəkdiyi “Məhəmməd” filminin kütləvi nümayiş vaxtı açıqlanıb. Film oktyabrın 28-də ekranlarda nümayiş olunacaq.
Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb. Ümumi büdcəsi 30 milyon dollar olan film “Əbraha ordusu” və “Fil” əhvalatları ilə başlayır.