2020-ci il 15-30 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə akademik, xalq və caz musiqisi ifaçılarının videoyazıları əsasında beynəlxalq müsabiqə keçiriləcək. Müsabiqə BMA-nın Məktəb-studiyasının 40 illiyinə həsr olunur.
Müsabiqənin münsiflər heyətinin sədri BMA-nın rektoru, SSRİ-nin və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, müsabiqə layihəsinin müəllifi BMA-nın Məktəb-studiyasının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.
Akademik, xalq və caz musiqisi ifaçılarının I Beynəlxalq müsabiqəsi haqqında ətraflı məlumat BMA-nın saytında (www.musicacademy.edu.az) yerləşdirilib.