Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev “Müşfiq ağrıları” adlı oratoriya yazıb. Əsər nakam şair Mikayıl Müşfiqin acı taleyindən bəhs edir.

Bəstəkar bildirib ki, üzərində bir neçə ildir çalışdığı əsəri bu günlərdə bitirib.  

Oratoriyanın libretto müəllifi Xalq şairi Sabir Rüstəmxanlıdır. 13 hissədən ibarət əsər bir saat səslənir. Oratoriya simfonik orkestr, qarışıq xor və solistlərin (soprano, tenor, metso-soprano, bariton, qadın-xanəndə) ifasında təqdim olunacaq.