Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Elmi Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova həqiqi üzv (akademiki) seçilib və “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.
BXA-dan verilən məlumata görə, professor S.İbrahimova Azərbaycanda elm və təhsilin inkişafında xidmətlərinə görə bu təltifə layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası türkdilli ölkələrin elmini, mədəniyyətini, tarixini öyrənmək, araşdırmaq və yaymaq üçün yaradılan beynəlxalq elmi qurumdur. Akademiyanın dünyanın 30-dan çox ölkəsindəki universitetlər, elmi tədqiqat institutları, digər elm və təhsil qurumları ilə əlaqələri var.