“Empire” jurnalının oxucuları kino tarixində ən populyar film qəhrəmanını seçib. Jurnalın tərtib etdiyi reytinqə arxeoloq İndiana Cons başçılıq edir.
İlk filmi 1981-ci ildə ekranlara çıxan bu silsilədə (cəmi dörd film çəkilib) baş qəhrəmanı amerikalı aktyor Harrison Ford canlandırıb.
Ssenarist Corc Lukasın yaratdığı kinoobraz əvvəlcə İndiana Smit adlanırdı. Lakin rejissor Stiven Spilberq ilk filmi çəkməyə başlayanda qəhrəman İndiana Cons adını alır. Filmlərin dünya şöhrəti qazanmasından sonra İndiana Cons çoxsaylı teleserial, komiks və kompüter oyunlarının da qəhrəmanına çevrilib.
“Empire” jurnalının reytinqində populyarlığına görə ikinci və üçüncü yerlərdə “Yad” filminin qəhrəmanı Ellen Ripli və “Dəmir adam” filminin personajı Marvel qərarlaşıb. Siyahıda sonrakı yerləri “Ulduz müharibələri” filmindən tanıdığımız Kapitan Amerika, Lyuk Skayuoker və şahzadə Leya, həmçinin Betmen, Supermen və Qara Pantera tutublar.
Qeyd edək ki, bir qədər əvvəl KİV-də “Lucasfilm” studiyasının İndiana Consun sərgüzəştləri barədə 5-ci filmi ekranlaşdıracağı barədə məlumatlar yayılıb. Əvvəlki seriyalarda olduğu kimi, baş rolda 77 yaşlı Harrison Fordun çəkilməsi planlaşdırılır.
SƏBİNƏ