Dövlət Səs Yazıları Arxivi tərəfindən “Küçələrə su səpmişəm” adlı sənədli film hazırlanıb. Milli Arxiv İdarəsindən bildirilib ki, layihə 9 iyun – Beynəlxalq Arxivlər Günü, həmçinin “Beynəlxalq arxivlər həftəsi” çərçivəsində ərsəyə gətirilib.
Layihədə “Küçələrə su səpmişəm” xalq mahnısının yaranması, məşhur xanəndələr tərəfindən ifa edilməsi və onun Azərbaycan xalqının mənəvi varidatı olmasını sübut edən Dövlət Səs Yazıları Arxivindəki fono və videosənədlər barədə məlumat verilir. Sənədli filmə Milli Arxiv İdarəsinin “Youtube” kanalından baxmaq olar.