Sentyabrın 7-də Bakıda “Azərbaycan Gənclərinin Film Festivalı” adlı tədbir keçiriləcək.
“Park Bulvar”da keçirilməsi nəzərdə tutulan festival çərçivəsində 13-22 yaşlı gənclərin qısametrajlı filmləri nümayiş olunacaq. Sonda mükafatlandırma mərasimi keçiriləcək.
Müsabiqəyə qatılmaq üçün filmlər elektron ünvanına göndərilməlidir. Qeydiyyat avqustun 30-dək davam edəcək.