Oktyabrın 14-dən 18-dək III ANİMAFİLM festivalının keçirilməsi nəzərdə tutulub. Bakı və Şəki şəhərlərində reallaşması planlaşdırılan festivalın mövzusu fransız animasiyası olacaq.

ANİMAFİLM festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Animasiya Filmləri Beynəlxalq Festivalının dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə yeni mükafat təsis edib. Festivalın qalibi 2021-ci ildə Fransada keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaq. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən ödəniləcək.

ANİMAFİLM festivalı “Qısametrajlı animasiya filmi üçün ən yaxs­̧ı Azərbaycan ssenarisi” kateqoriyası üzrə qalibə də yeni mükafat təqdim etmək üçün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edir. Ssenari qalibinin mükafatı qiymətli fotokamera olacaq.

Ssenari aşağıdakı mövzulardan biri ilə əlaqələndirilməlidir: müxtəliflik, tolerantlıq, multikulturalizm, insan haqları, qadın haqları və iqlim dəyişikliyi.

Müraciət etmək üçün son tarix: 30.06.2020

Əlavə məlumat üçün: www.animafilm.az