Koronavirus pandemiyası ilə bağlı karantin rejiminin yumşaldığı ölkələrdə bu addımlarla paralel mövcud epidemioloji qaydaların pozulmasına görə cərimələr də tətbiq edilir. Almaniyanın şəhərlərində bu cərimələr hesabına yerli büdcələrə xeyli vəsait daxil olub.

Almaniyanın Frankfurt şəhərində bir ay ərzində toplanan cərimənin məbləği 410 min avro olub. Bu rəqəm Duysburqda 350 min, Münxendə 300 min, Essendə 143 min, Hamburqda 127 min təşkil edib. Ən çox qaydaların pozulduğu şəhərlərin siyahısında ilk yerdə isə Hamburqdur.

Cərimələr şəhər büdcəsinə gəlir kimi daxil olsa da, əyalət xəzinələri pandemiya üzündən böyük həcmdə vergi itkilərinə məruz qalıb. Köln şəhərinin vergi itkisi 240 milyon avroya çatıb. Bu göstərici Leypsiq şəhərində 170 milyon, Nürnberq şəhərində isə 150 milyon avro olub.

***

Koronavirus infeksiyası ilə əlaqədar Türkiyədə tibbi maskadan istifadə etmək məcburiyyəti sərtləşdirilib. İyunun 22-dən etibarən qoruyucu maskadan istifadə etməyənlərə qarşı pul cərimələrinin tətbiqi gözlənilir. Ölkənin 48 vilayətində evdən kənardakı bütün yerlərdə, 33 vilayətdə isə qapalı məkanlarda tibbi maska taxmayanlar 900 türk lirəsi (təxminən 130 dollar) məbləğində cərimələnəcəklər.